Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Yaşıl” enerji üzrə layihələrin inkişafı Azərbaycanla əməkdaşlıqda prioritet kəsb edir”

“Yaşıl” enerji üzrə layihələrin inkişafı Azərbaycanla əməkdaşlıqda prioritet kəsb edir”

“Yaşıl” enerji üzrə layihələrin inkişafı Azərbaycanla əməkdaşlıqda prioritet kəsb edir”
2023-03-27 , 10:24

“Yaşıl” enerji üzrə layihələrin inkişafı Azərbaycanla əməkdaşlıqda prioritet kəsb edir”.

Yenilik.az xəbər verir ki, bu barədə “Trend”ə açıqlamasında Belçika Xarici İşlər Nazirliyinin mətbuat katibi Nikolas Firens Gevert deyib.
“Belçika şirkəti Naxçıvanda günəş enerjisinin inkişafına təşəbbüs göstərib. Bu sahədə əməkdaşlıq davam etməkdədir. Yaşıl hidrogen sahəsində layihələrin işlənməsi də Belçikanın xarici tərəfdaşlarla əməkdaşlıq siyasətində prioritet istiqamət təşkil edir”, - o qeyd edib.
Onun sözlərinə görə, Belçika Azərbaycanda müxtəlif sahələrdə bir sıra layihələrin reallaşdırılmasında maraqlıdır.
“Özəl sektor Belçikanın açıq iqtisadiyyatında və xarici ticarətində mühüm iştirakçıdır. Flandriya İnvestisiya və Ticarət Agentliyi, həmçinin Valloniya İxrac və İnvestisiya Agentliyi ikitərəfli xarici ticarətə köməklik məqsədilə ötən ilin noyabr ayında Azərbaycana ticari missiya göndərib”, - Gevert əlavə edib.
Belçika XİN rəsmisi köçmə üzrə xidmət təminatçısı olan “Gosselin” və ağır yük daşımaları ilə məşğul olan “Sarens” kimi şirkətlərin artıq Azərbaycanda ofislərinin olduğunu qeyd edib.
Gevert Belçikanın həmçinin universitetləri və tədqiqat mərkəzləri ilə yaxşı tanındığını bildirib. Bir çox innovasiya şirkətləri, o cümlədən kiçik və orta müəssisələr logistika, kosmos və aerokosmik sənaye, səhiyyə, əczaçılıq, ənənəvi enerji və bərpa olunan enerji mənbələri, habelə dənizdə külək elektrik stansiyaları kimi aparıcı sektorlarda aktiv fəaliyyət göstərir.
“Bununla bağlı qeyd etmək yerinə düşər ki, tezliklə Belçika hökumətinin dəstəyi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tibbi avadanlıq gətiriləcək”, - o deyib.
Mətbuat katibi Belçika şirkətlərinin həmçinin 2023-cü ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəyini əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.