"Mən özüm də deyə bilmərəm ki, seçkilər tam demokratik olsaydı, mən udardım, ya yox"
Milli Məclisin deputatı Erkin Qədirli geniş müzakirələrə səbəb olan “Azərbaycanda demokratik seçki keçirilmir” fikirləri barədə danışıb.
E.Qədirli qeyd edib ki, müsahibə zamanı özünü örnək göstərib: “Mən bunu gələcəkdə seçkilərin daha demokratik keçirilməsi üçün demişəm. Bu sözü hər zaman demişəm. Amma bu dəfə niyə belə partladı bilmirəm... Hətta bəziləri bildirirdi ki, Erkinə tapşırıblar deyə belə danışıb”.
O, aparıcının “Demokratik olmayan seçki və saxta seçki arasındakı fərq nədir?” sualına belə cavab verib: “Fərq çoxdur. Seçki, ola bilsin, saxta deyil, düzgün keçirilib, səslər sayılıb. Amma demokratik deyil. Çünki rəqabət ortamı olmayıb, media demokratik deyil, orada çox komponentlər var.
Və ola bilər ki, əksinə olub - Seçki demokratikdir, hansısa dairələrdə saxtakarlıq olub. Mən özüm də deyə bilmərəm ki, seçkilər tam demokratik olsaydı, mən udardım, ya yox. Orada əminlik sözü önəmlidir”.
OXŞAR XƏBƏRLƏR