Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » ABŞ ticarət katibinin köməkçisi Azərbaycana gəlib

ABŞ ticarət katibinin köməkçisi Azərbaycana gəlib

ABŞ ticarət katibinin köməkçisi Azərbaycana gəlib
2023-04-02 , 21:23

ABŞ-in Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici Ticarət Xidmətləri üzrə Baş Direktor Arun Venkataraman Azərbaycana səfərə gəlib.

Yenilik.az xəbər verir ki, ABŞ Səfirliyindən bildirilib ki, beynəlxalq ticarət sahəsində 20 ildən artiq təcrübəyə malik olan Venkataraman peşəkar fəaliyyəti zamanı özəl şirkətlərə, beynəlxalq təşkilatlara və ABŞ-in hökumətinə öz məsləhətlərini verib.
O, həmçinin Türkiyə, Ermənistan və Gürcüstana səfər edəcək. Bakıda olduğu zaman ticarət katibinin köməkçisi Venkataraman Prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirəcək. O, energetika naziri Pərviz Şahbazov ilə birgə ABŞ-Azərbaycan Təmiz və Yaşıl Enerji Forumunda iştirak edəcək, ABŞ şirkətləri təmsilçiləri ilə görüşəcək və ABŞ-ın Azərbaycanla iqtisadi və enerji sahəsində apardığı tərəfdaşlığın vacibliyini vurğulayacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.