Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » AQTA enerji içkilərinin reklamı ilə bağlı xəbərdarlıq edib

AQTA enerji içkilərinin reklamı ilə bağlı xəbərdarlıq edib

AQTA enerji içkilərinin reklamı ilə bağlı xəbərdarlıq edib
2023-04-03 , 14:52

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu günə qədər enerji içkisi olan məhsulların dövriyyəsinin tənzimlənməsi, habelə enerji içkisi olmayan məhsulların enerji içkisi kimi satılması ilə bağlı genişmiqyaslı nəzarət-yoxlama tədbirləri həyata keçirib.

Yenilik.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, ancaq buna baxmayaraq, hələ də kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi kimi təbliğatı və bununla da istehlakçıların aldadılması hallarına rast gəlinir.
AQTA xəbərdarlıq edir ki, kütləvi yayım vasitələrində enerji içkisi olmayan məhsulların enerji içkisi təəssüratı yaratmaqla təbliğat tədbirlərinin aparılması aşkar olunarsa, həmin enerji içkilərinin istehsalı və dövriyyəsi ilə əlaqədar daha sərt tənzimləmə mexanizmləri tətbiq olunacaq və bu cür hallara yol verən şirkətlərlə bağlı inzibati tədbirlər görüləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.