Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Milli Məclisdən Fransanın təxribatına qarşı BƏYANAT

Milli Məclisdən Fransanın təxribatına qarşı BƏYANAT

Milli Məclisdən Fransanın təxribatına qarşı BƏYANAT
2023-04-04 , 12:30

Milli Məclisin iclasında Fransa Senatının Azərbaycana qarşı təxribatına cavab olaraq bəyanat hazırlanıb.

Yenilik.az xəbər verir ki, deputat Sevil Mikayılova bəyanatın mətnini səsləndirib. 
Bəyanatda bildirilib ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh gündəliyinə zərbə vurur. 
“Fransa 44 günlük müharibədə olduğu kimi, yenə də Azərbaycana qarşı təxribatlarını, qərəzli siyasətini davam etdirir. Fransa Korsika xalqının hüquqlarını tanımadığı halda, Qarabağdakı ermənilərin hüquqlarından danışır. Bu, siyasi riyakarlığın ən bariz nümunəsidir”, - deyə bəyanatda bildirilib. 
Bəyanat səsə qoyularaq qəbul edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.