Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Mənə güllə atan adam anasına da, atasına da güllə atar”

“Mənə güllə atan adam anasına da, atasına da güllə atar”

“Mənə güllə atan adam anasına da, atasına da güllə atar”
2023-04-06 , 22:47

“Bu gün tam əminəm ki, mənə güllə atan adam rahatlıqla anasına da, atasına da güllə atar. Bu, zombiləşmiş bir kəsimdir. Bunun adı nə şiədir, nə sünnidir. Bunlar bütövlükdə bir vətən xainidirlər. Bunlar dindar deyirlər”.

Yenilik.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sui-qəsdə uğraması ilə bağlı Real TV-nin suallarını cavablandırarkən deyib.
“Bir dindar Ramazan ayında kiməsə güllə atar? Bu kəsim sabah Azərbaycanın bütün dəyərli insanlarına qarşı çevrilə bilərlər. Bu baxımdan hesab edirəm ki, bu təhdidlərin mənbəyi qonşu ölkədə olan, bu gün də burada kifayət qədər şəbəkələşmiş fəaliyyət göstərən qüvvələrdir” - deputat bildirib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.