Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım etdi

Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım etdi

Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım etdi
2023-04-07 , 09:15

“7 aprel - Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasında mühüm əhəmiyyət verir və bununla bağlı milli səviyyədə ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir”.

Yenilik.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Sağlamlıq Günü ilə bağlı sosial şəbəkədə paylaşımında qeyd edib.
 “Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə COVID-19 pandemiyası ilə mübarizədə qlobal liderlik  nümayiş etdirib.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesusun fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan təşkilatla səmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir”, - paylaşımda bildirilir.  



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.