Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan təhsil işçilərindən Türkiyəyə 30 milyon lirədən çox yardım

Azərbaycan təhsil işçilərindən Türkiyəyə 30 milyon lirədən çox yardım

Azərbaycan təhsil işçilərindən Türkiyəyə 30 milyon lirədən çox yardım
2023-04-11 , 12:36

Bu ilin fevral ayında qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar təhsil işçiləri Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşəbbüsü ilə başlanan könüllü yardım kampaniyasına qoşulublar. 

Yenilik.az xəbər verir ki, Assosiasiyanın həyata keçirdiyi kampaniyaya regional təhsil idarələri, ali, ümumi və orta ixtisas təhsili müəssisələri, eləcə də elm və təhsil işçiləri fərdi şəkildə yardım göstəriblər. Ümumilikdə 72 100 elm və təhsil işçisi yardım kampaniyasına ianə edib.  
Kampaniyanın yekununda dəstək məqsədilə toplanan maddi yardımın məbləği ümumilikdə 2 741 153,97 manat olub ki, bu da təxminən 31 milyondan çox türk lirəsidir. 
Qardaş ölkəyə yardım məqsədilə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələri ümumilikdə 1 448 608,41 manat, ali təhsil müəssisələri 839 401,34 manat, orta ixtisas təhsili müəssisələri 65 578,75 manat, şəxsi hesablarından ödəyən elm və təhsil işçiləri isə 387 565,47 manat ianə ediblər.   
Qeyd edək ki, təhsil işçilərinin topladığı yardım ölkə rəhbərliyinin tapşırığı ilə Türkiyəyə yardım çərçivəsində təhsil müəssisələrinin tikintisinə sərf ediləcək.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.