Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu ilin üç ayında 60-dan çox qadın əri tərəfindən zorakılığa məruz qalıb

Bu ilin üç ayında 60-dan çox qadın əri tərəfindən zorakılığa məruz qalıb

Bu ilin üç ayında 60-dan çox qadın əri tərəfindən zorakılığa məruz qalıb
2023-04-12 , 11:36

Bu ilin üç ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 122 müraciət daxil olub, 15 mühafizə orderi verilib. 

Yenilik.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Daxil olan müraciətlərdə psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Şikayət edənlərin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub.
Qeyd edilib ki, müraciət edənlərin əksəriyyəti əri (65), keçmiş əri (20) və yaxın qohumu (24) tərəfindən zorakılığa məruz qalıb. Zorakılıq törədənlərin 106 nəfəri kişi, 21 nəfəri qadındır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.