Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ermənistanın təxribatı ilə bağlı cinayət işi başlanılıb

Ermənistanın təxribatı ilə bağlı cinayət işi başlanılıb

Ermənistanın təxribatı ilə bağlı cinayət işi başlanılıb
2023-04-12 , 11:39

11.04.2023-cü il tarixdə Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Yenilik.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
“Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!”, - deyə məlumatda qeyd edilib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.