Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İlham Əliyev dünənki erməni təxribatından DANIŞDI

İlham Əliyev dünənki erməni təxribatından DANIŞDI

İlham Əliyev dünənki erməni təxribatından DANIŞDI
2023-04-12 , 13:19

“Azərbaycan tərəfindən Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunub və erməni sakinlər Bakıya həm reinteqrasiya, həm də müxtəlif infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət edilib”.

Yenilik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb. 
Dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidentə toxunan Azərbaycan Prezidenti bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu vurğulayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.