Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verib, dəstək ifadə edib

Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verib, dəstək ifadə edib

Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verib, dəstək ifadə edib
2023-04-12 , 14:40

Aprelin 12-də xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Yenilik.az xəbər verir ki, XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 11 aprel tarixində Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.
Çavuşoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.