Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İrəvanda Azərbaycan bayrağına qarşı barbarlıq

İrəvanda Azərbaycan bayrağına qarşı barbarlıq

İrəvanda Azərbaycan bayrağına qarşı barbarlıq
2023-04-14 , 22:52

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda baş tutan ağır atletika üzrə Avropa çempionatında Azərbaycan idmançıları da iştirak edir.

Yenilik.az xəbər verir ki, turnirin açılış mərasimi zamanı ermənilər idman prinsiplərini tamamilə unudaraq barbarlığı ilə diqqət çəkiblər.
Bu barbarlıq isə Azərbaycan bayrağının yandırılması ilə nəticələnib.
Qeyd edək ki, dəfələrlə erməni idmançılar Azərbaycanda keçirilən bir sıra beynəlxalq yarışlarda iştirak ediblər. Ölkəmizdə keçirilən bu yarışlar zamanı erməni idmançılarına qarşı çox humanist davranılıb, Azərbaycanın idman prinsiplərinə əməl etdiyi nümayiş olunub.
Onu da əlavə edək ki, bu, ermənilərin ilk belə vəhşiliyi deyil. Belə ki, bir müddət əvvəl İrəvanda keçirilən Ermənistan - Türkiyə matçında da qonaq komandanın himni fitə basılmışdı.




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.