Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mübariz Mənsimovdan Firuzə İbadova ilə bağlı paylaşım

Mübariz Mənsimovdan Firuzə İbadova ilə bağlı paylaşım

Mübariz Mənsimovdan Firuzə İbadova ilə bağlı paylaşım
2023-04-17 , 16:10

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Əməkdar artist Firuzə İbadova ilə fotosunu yayımlayıb. 

Yenilik.az xəbər verir ki, biznesmen müğənninin onu ziyarətə gəldiyini bildirib:
"Görkəmli sənətkar Şövkət Ələkbərovanın ilk tələbəsi Firuzə İbadova qonağım olub. Firuzə xanım əsl kişi xasiyyətli insandır. Həbsdə olduğum müddətdə Firuzə xanım məni yalnız buraxmadı, dəstək olmaq üçün bilet alıb İstanbula gəldi. Saxlandığım həbsxananın qarşısında saxta ittihamlarla həbsimə etiraz səsini ucaltdı. Firuzə xanım mənimlə bağlı bütün məhkəmə proseslərində iştirak edib. Belə mərd, sədaqətli insandır, Firuzə xanım. Gözəl və mərd Azərbaycan xanımı".




Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.