Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib

Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib

Mehriban Əliyeva Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib
2023-04-21 , 08:13

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib. 

Yenilik.az xəbər verir ki, bu barədə o, rəsmi “Instagram” hesabında paylaşım edib. 
Paylaşımda deyilir: 
“İnsanları xeyirxahlığa, mərhəmətə və şəfqətə, ətrafındakılara, doğmalarına diqqət və qayğı göstərməyə sövq edən müqəddəs Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Hər birinizə möhkəm cansağlığı, sevgi, sevinc və gözəl əhvali-ruhiyyə arzulayıram. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın, hər bir ocağa xeyir, rahatlıq və xoşbəxtlik, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!”


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.