Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
2023-03-20 , 09:02

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib. 

Yenilik.az xəbər verir ki, Mehriban Əliyeva bununla bağlı “Instagram” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Əziz bacılar və qardaşlar!
Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!
Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.

 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.