Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Mərkəzi Bankdan əhaliyə XƏBƏRDARLIQ

Mərkəzi Bankdan əhaliyə XƏBƏRDARLIQ

Mərkəzi Bankdan əhaliyə XƏBƏRDARLIQ
2023-04-26 , 18:10

Son zamanlar müxtəlif sosial şəbəkələrdə Mərkəzi Bankın adından istifadə edərək dələduzluq məqsədilə yaradılmış və yüksək gəlirliyi vəd edən xüsusi investisiya portallarının mövcudluğu ilə bağlı paylaşımlar yer almaqdadır.


Yenilik.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.

Məlumatda bildirilib ki, "Milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması" adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir və başlıca məqsədi dələduzlar tərəfindən vətəndaşların maliyyə vəsaitlərinin mənimsənilməsidir:

"Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır.

Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sistemində sabitliyin təmin edilməsi, xüsusilə də maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.