Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azərlotereya”nın dəstəyi ilə gənclərimizdən ABŞ-da uğurlu nəticə

“Azərlotereya”nın dəstəyi ilə gənclərimizdən ABŞ-da uğurlu nəticə

“Azərlotereya”nın dəstəyi ilə gənclərimizdən ABŞ-da uğurlu nəticə
2023-04-27 , 17:50

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin dəstəyi ilə Azərbaycan ilk dəfə dünyaca məşhur “FIRST Robotics Competition” (FRC) müsabiqəsində iştirak edib. 

Korporativ sosial məsuliyyət layihələri sırasında innovasiyalara önəmli yer ayıran şirkətin Türkiyənin “Jr. Robotics” brendinin ölkəmizdəki təmsilçisi “Train Brain” tədris mərkəzi ilə birgə reallaşdırdığı layihə çərçivəsində “MecHack” komandası NASA-nın təşkil etdiyi yarışda uğurlu nəticəyə imza atıb. 
Təmsilçimiz 6-8 aprel tarixlərində Nyu-Yorkda 51 ölkənin iştirakı ilə baş tutan 10 yarışdan 5-ində tam qələbə qazanıb. İlk qatılan komandalar arasında “Rooki All Star” mükafatına layiq görülən “MecHack” 18-22 aprel tarixlərində Hyustonda təşkil olunan final mərhələsinə yüksəlib. 600-dən çox komandanın iştirakı ilə keçirilən müsabiqənin finalında da uğurlu çıxış edən təmsilçimiz “Rookie İnspiration” mükafatını qazanıb.
Qeyd edək ki, 1992-ci ildən ABŞ-da keçirilən müsabiqənin layihə rəhbəri və baş sponsoru NASA-dır (Milli Aeronavtika və Kosmos İdarəsi). Dünyada robototexnika üzrə önəmli yarışmalar sırasında yer alan FCR-in əsas sponsorları “Google”, “FedEx” və “Apple” kimi böyük və nüfuzlu şirkətlərdir. 
Yarışın konsepti hər il NASA tərəfindən elan edilir və komandalar təyin edilmiş keyfiyyətləri təmin edən sənaye robotu hazırlayırlar. Robotun hazırlanılması zamanı iştirakçılar müxtəlif sahələrdə - mühəndislik, mexanika, proqramlaşdırma, dizayn və marketinq sahəsində olan qabiliyyətlərini inkişaf etdirir, öyrəndiklərini böyük arenada nümayiş etdirirlər.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.