Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Trendyol”dan Azərbaycan istifadəçiləri üçün yenilik

“Trendyol”dan Azərbaycan istifadəçiləri üçün yenilik

“Trendyol”dan Azərbaycan istifadəçiləri üçün yenilik
2023-05-03 , 13:21

Bu gündən etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.
Təklifdə “Trendyol” sifarişlərini artıq Azərbaycan ünvanında təhvil ala bilərsiniz” seçimi yer alıb.
Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi “Trendyol” saytından izləyə bilərlər. Eyni zamanda, sifarişçi öz ev ünvanını qeyd edərək, malın evinə təslim edilməsini seçə bilər.
Qeyd edək ki, indiyədək “Trendyol”un Azərbaycana birbaşa çatdırılması yox idi.
Belə ki, indiyədək vətəndaşlar sifariş üçün Azərbaycan karqo şirkətlərinin Türkiyə anbarının ünvanını yazırdılar, mal həmin anbara daxil olduqdan sonra Azərbaycana göndərilirdi.
Bununla belə, vətəndaşlar əvvəlki qaydada sifarişlərini Azərbaycanla yanaşı, digər ölkələrdən də təslim almağa imkan verən bölməni seçə bilərlər. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.