Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Yasin Qarayev: "Mehriban Ələkbərzadənin təyinatına sevinmədim"

Yasin Qarayev: "Mehriban Ələkbərzadənin təyinatına sevinmədim"

Yasin Qarayev:
2023-05-15 , 14:40

"Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəni bir rejissor kimi çox sevsəm də, onun Akademik Milli Dram Teatrına yüksək vəzifəyə təyin olunması xəbərinə heç də sevinmədim".

Yenilik.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Gənc Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti Yasin Qarayev deyib.
Aktyor saytların "Mehriban Ələkbərzadəyə yüksək vəzifə verildi" xəbərinə iradını da bildirib:
"Başa düşə bilmirəm, Mehriban xanım Gənc Tamaşaçılar Teatrında yüksək vəzifədə deyildi ki? Elə bu teatrda da baş rejissor işləyirdi. Şəxsən mən Gənc Tamaşaçılar Teatrını heç bir teatrdan asağı səviyyəli teatr hesab etmirəm. Kim də mənimlə mübahisə eləmək istəyirsə, mübahisəyə hazıram".
Mehriban Ələkbərzadənin "Azdrama"ya bədii rəhbər təyin olunmağına gəlincə, Yasin Qarayev ona bu yolda uğurlar arzulayıb: "Allah xeyir versin! Öz şəxsi işidir. Amma belə hallarda rəhmətlik nənəmin bir sözü yadıma düşur: "Ölməz Xədicə, görər nəticə!"
Qeyd edək ki, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər təyin olunub. O, bundan əvvəl Gənc Tamaşaçılar Teatrının baş rejissoru idi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.