Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şəhid Xudayarın ailəsində ağır itki - FOTO

Şəhid Xudayarın ailəsində ağır itki - FOTO

Şəhid Xudayarın ailəsində ağır itki - FOTO
2023-05-16 , 15:26

İkinci Qarabağ müharibəsi şəhidi Xudayar Yusifzadənin ailəsinə ağır itki üz verib.

Yenilik.az xəbər verir ki, şəhidin babası Şimşad Şikar oğlu Məmmədov 70 yaşında vəfat edib.
Bu barədə aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında məlumat verib:

""Xudayarı hər gün yuxuda görürəm", deyirdi Şimşad baba... Onun yoxluğu ilə barışa bilmirdi. Deyirdi "Elə hey məni çağırır, baba, sənin üçün darıxıram, gəl gedək Şuşaya... Məni tək qoyma..." Bu dəqiqə Xudayar babasına qovuşdu. Nəvəsi üçün çox darıxan Şimşad baba nəvəsinə qovuşdu. İndi onların hər ikisinin ruhu birlikdə Vətən göylərindən boylanır. Yeri behişt olsun, Şimşad babanın".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.