Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış aktyor həbs edildi

Tanınmış aktyor həbs edildi

Tanınmış aktyor həbs edildi
2023-05-19 , 08:04

Tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev həbs olunub.


Yenilik.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirli bilərək, barəsində 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Xəbəri Rza Rzayevin vəkili Səlahəddin Cəfərov təsdiq edib.
Qeyd edək ki, tanınmış aktyor Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib. Cinayət işi 2018-ci ildən davam edir və bu gün zərərçəkənlərin birinci instansiya məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.