Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ağcaqanad əlindən dayanmaq olmur - Tahir Kərimli

Ağcaqanad əlindən dayanmaq olmur - Tahir Kərimli

Ağcaqanad əlindən dayanmaq olmur - Tahir Kərimli
2023-05-31 , 13:49

"Sovet dövründə ciddi sanitariya işləri aparılırdı. Evləri, ofisləri dezinfeksiya edirdilər. Amma indi belə deyil. Nəinki regionlarda, Bakıda belə ağcaqanad əlindən dayanmaq olmur. O qədər çoxdur ki, gün batanda da insanlara imkan vermirlər."

Yenilik.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin mayın 31-də keçirilən plenar iclasında “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanun layihəsi barədə çıxışı edərkən deyib.
Onun sözlərinə görə, nə gecələri, nə də gündüzləri var: "Əvvəl gün batandan sonra çıxardılar. İndi o qədər çoxalıblar ki, gündüz vaxtı da camaata zülm edirlər. Bu, əhalinin sağlamlığına ciddi ziyandır. Bundan başqa, hər yer sahibsiz küçə itləri ilə doludur. İnsanları dişləyib quduzluq xəstəliyi yaradırlar. Bu da sağlamlığa ziyandır. İndi nə edək, itləri yığıb Koreyaya, Çinə sataq?”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.