Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır - Deputat 

Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır - Deputat 

Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır - Deputat 
2023-05-31 , 15:30

“Ölkəmizdə maliyyə sahəsində problemlər var. Şəffaflığın olmadığı göz önündədir. Daxil olan informasiyalar göstərir ki, ölkədə maliyyə şəffaflılığı ilə bağlı çox iş görülməlidir. Hesablama Palatasının təqdim etdiyi hesabatları qənaətbəxş hesab etməklə işimizi bitmiş sayırıq”.

 
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
 
O, çıxışı zamanı tənqidi fikirlər səsləndirib: “Ac insanlar birtəhər dözə bilər, əsas investisiyadır. Sosial müdafiəyə ayrılan pulların xərclənmədiyini görürük. Milli Məclisdə “Büdcə və büdcəyə nəzarət” komitəsi yaradılmalıdır. Bundan əlavə Milli Məclisin bu komitəsi ciddi büdcə pozuntularını izləməli, qanun pozuntuları zamanı hesab sormalıdır. Milli Məclis təkcə dövlətdən qanun layihələri gözləməli deyil. Hətta biz görürük ki, bəzi dövlət orqanları hələ də hesablarını verməyiblər. Bu nə özbaşınalıqdır? Bundan başqa bəzi qurumlar var ki, maliyyəni hələ də öz hesabında saxlayır. Xidmət haqqının çox olduğu AZAL-a niyə subsidiyalar verilməlidir ki, bu qədər vəsaiti yenidən öz hesablarında saxlasınlar”,- deyə deputat bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.