Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ürəkbulandıran trend mahnılar – SİYAHI 

Ürəkbulandıran trend mahnılar – SİYAHI 

Ürəkbulandıran trend mahnılar – SİYAHI 
2023-05-29 , 17:06

Sənin adına qurban olum, Canəli. Bir-birinə yaxındır Elxan Əli... Sən oğrusan düz istiqamətin var... Bu yolda olsun köməyin tarı Maştağa Taleh... Mən karolam, sən valet. Mənə eləyirlər balet...

Yəqin ki, bu mahnıları bir çoxunuz hansısa dolayı yolla eşitmisiniz. Əksəriniz isə taksilərdə ünvana çatana qədər. Necə deyərlər, ölkəmizin trendini dinləməyə məcbur qalmısınız. 
Bəli, düz oxudunuz. Trend... 
Belə neçə-neçə mahnımız var ki, günün trendidir. Hələ biri var ki, deyir: “Dünən tapmışam yuxuda Çitraxuda, Çitraxuda”. 
Nə tapıb, niyə tapıb, nə mənada tapıb? Hələ bu, heç oxuyanın özünə də məlum deyil. 
Burada əsas məsələ yeni gələn nəsillərin mahnı zövqlərinin dəyişməsidi. Məşhur bəstəkar Faiq Sücəddinovla söhbətimiz zamanı bir ifadə işlətdi: 
“Mahnı müasirləşməz. O olduğu kimi yerində qalır. Yüz illər əvvəl necə idisə, indi də elədi. Amma mahnını müasir dövrlə ayaqlaşdıranda, gündəmlə əlaqələndirəndə isə belə mənzərələr yaranır. İnsan azaddır. Xoşun gəlmir, qulaq asma”.
Axı, Faiq müəllim, taksilərdə nə edək bəs? Ünvana çatana qədər məcburən “qulaqlarımız qan ağlayır”.
Hanı, “Gəl, ey səhər”imiz, “Bir könül sındırmışam”mımız, “Mavi gözündə”miz?
Bəs, zövqləri korlayan, hətta bayağıdan belə sayılmayan bu mahnılar hansılardır?
Lent.az sizə ölkənin bu tip  mahnı trendlərindən bir neçəsini təqdim edir:
Çitra Xuda – Balaəli 
Balaəli, Pərviz – Mənə eləyirlər balet 
Mahir Ay Brat – Sən Oğrusan
Samir İlqarlı, Tural Səda - Bu yay bizimdir 
Mr Jeka, Mahir Ay Brat - Lotular 
Siyahı çox artıra bilərik. Məncə, burdaca kəsməyimiz daha yaxşıdır.
Bu da belə... İndi siz deyin. Şövkət Ələkbərova, Akif İslamzadədən gələn genlərimiz hanı? 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.