Razi Əliyevaya hədiyyə edilən lüks avtomobil darmadağın edildi – Foto

Tanınmış bloqer və model Razi Əliyevanın (Raziyyat) “Mercedes” markalı lüks avtomobilinin yararsız hala salınması ilə bağlı məlumat yayılıb.
Hadisənin konkret hansı tarixdə və hansı ərazidə baş verməsi qeyd edilməyib.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev bildirib ki, iddialarla bağlı araşdırmalar aparılır:
“Bu iddialar istintaq predmetidir, istintaqla araşdırılır. Zərərçəkmişin və ailə üzvlərinin verdiyi məlumatların xüsuslar üzrə araşdırılması davam etdirilir”.
Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə R.Əliyeva ilə bağlı videolar yayılıb. Bu videolarda Ziya qadını xəyanətdə ittiham edib. Daha sonra R.Əliyeva fiziki şiddətə məruz qaldığını bildirərək görüntülər yayıb.
Bundan sonra Z.Hüseynzadə barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanılıb. Hüseynzadə istintaq müddəti üçün 4 ay müddətinə həbs edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR