Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı son vəziyyəti açıqladı

Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı son vəziyyəti açıqladı

Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı son vəziyyəti açıqladı
2023-06-05 , 15:43

“Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı cinayət işi üzrə istintaq hələ də davam edir”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, Azərbaycan ən qısa zamanda cinayət işi üzrə istintaqın başa çatdırılacağına və günahkarların cəzalandırılacağına ümid edir, lakin hələlik hər hansı konkret nəticələr barədə danışmaq tezdir.
"Hesab edirik ki, bu hücum iki ölkə arasında münasibətlərə çox mənfi təsir göstərən amildir. Eyni zamanda, bizə İran tərəfindən bu ölkədəki diplomatik missiyamızın fəaliyyətinin bərpası ilə bağlı bir neçə müraciət daxil olub", - o əlavə edib.
Nazir hesab edir ki, Azərbaycan tərəfi hücumu həyata keçirən cinayətkarların və sifarişçilərin məsuliyyətə cəlb edilməsinə tam əmin olmalıdır.
“Azərbaycan tərəfinə bununla bağlı bütün təminatlar sözdə deyil, əməldə verilməlidir”, - o deyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.