Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Siyavuş Novruzovdan hərbçilərlə bağlı İLGİNC çıxış

Siyavuş Novruzovdan hərbçilərlə bağlı İLGİNC çıxış

Siyavuş Novruzovdan hərbçilərlə bağlı İLGİNC çıxış
2023-06-06 , 16:29

Milli Məclisin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə edilib. Komitə sədri Ziyafət Əsgərov layihə barədə məlumat verib.

Komitə sədri Siyavuş Novruzov müzakirələr zamanı çıxış edərək bildirib ki, ayrı-ayrı ölkələrdə saytlar yaradılır və Azərbaycandakı hərbçilərə bununla bağlı müraciətlər edilir: “O cümlədən keçmiş Əfqanıstanda xidmət edən hərbçilərə də müraciətlər olur. Belə ki, onlara müxtəlif formada vədlər verilir. Əmək haqları sadalanır ki, muzdlu şəkildə proseslərdə iştirak etsinlər”.
S.Novruzov əlavə edib ki, bunun qarşısı ciddi şəkildə alınmalıdır: “Bir çox vətəndaşımızı şirnikləndirmə yoluyla vaxtı ilə İŞİD-ə cəlb etmişdilər. 988 nəfər azərbaycanlı orada iştirak edib və sonradan hamısı ölkədə müxtəlif cinayətlər törədib. Odur ki, buna yol verməməliyik və məsələni qanunla tənzimləməliyik”.

Musavat.com

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.