Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tağı Əhmədov yerimə qabiliyyətini ömürlük itirdi - "Möcüzə lazımdır"

Tağı Əhmədov yerimə qabiliyyətini ömürlük itirdi - "Möcüzə lazımdır"

Tağı Əhmədov yerimə qabiliyyətini ömürlük itirdi -
2023-06-07 , 16:04

“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov ömürlük yerimə qabilliyyətini itirib.


Yenilik.az xəbər verir ki, "manset.az"ın məlumatına görə, Tağı Əhmədov ömürlük əlil arabasına məhkum olmaqla yanaşı onun ürəyində də ciddi problem yaranıb.

Hazırda o Bakıda yerləşən özəl klinikalardan birində intensiv müalicə alır.


Onun həyat yoldaşı Salatın Əhmədova sayta açıqlamasında faktı təsdiq edərək, bunları deyib:

“Tağı müəllim hazırda xəstəxanadadır, vəziyyəti üərkaçan deyil. Müalicə zamanı başqa problemləri də çıxdı. Onun ürəyində də problem çıxıb. İndi onu müalicə edəcəklər. Yəqin ürəyi ilə bağlı müalicəsi bir həftəyə yekunlaşar. Həkimlər indi onunla məşğuldular. Yeriməyi artıq mümkün deyil. Onun yeriməsi üçün Allahın bir möcüzəsi lazımdır. Heç kim bilmir ki, sabah başına nə gələcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.