Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Təranə Səmədova məhkəmədə özünü təqsirli bilmədi

Təranə Səmədova məhkəmədə özünü təqsirli bilmədi

Təranə Səmədova məhkəmədə özünü təqsirli bilmədi
2023-06-07 , 16:30

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə vətəndaşdan pul tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun həyat yoldaşı (qeyri-rəsmi) Rasim Həsənovun ötən gün məhkəmə prosesi keçirilib.

Yenilik.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.
Prokuror ittiham aktını elan edib. Elan olunan ittiham aktına görə, Təranə Səmədova özünü təqsirli bilməyib. Rasim Həsənov isə özünü qismən təqsirli bilib.
Məhkəmə iclası təxirə salınıb.
Qeyd edək ki, 2022-ci ilin dekabrında Təranə Səmədovanın əri Rasim Həsənov hədə-qorxu gələrək pul tələb etmə ittihamı ilə saxlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.