Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rövşanə: Gündə bir ər dəyişim mən?!  - VİDEO

Rövşanə: Gündə bir ər dəyişim mən?!  - VİDEO

Rövşanə: Gündə bir ər dəyişim mən?!  - VİDEO
2023-06-07 , 17:39

Aparıcı Rövşanə Ağasəfqızının növbəti çıxışı diqqət çəkib.

Yenilik.az xəbər verir ki, onun təqdim etdiyi "Qarşı-qarşıya" verilişinin mövzusu "stress" olub.

Psixoloq Murad İsayev stressin yaranma səbəblərindən birinin monotonluq olduğunu söyləyib.

Ağasəfqızı isə hazırda həyatının monoton olmadığını bildirib:

"Əksinə həyat rəngarəngdir. Mən həyatımda bir saniyə də boş vaxt tapmıram. Rəngarənglik nədir? Mənim işim rəngarəngdir, hər gün bir insan görürəm. Gündə bir işə gedim? Gündə bir ər tapım? Onda insanın həyatı monotondur?! Bir ərlə 40 il yaşayırsan".
M. İsayevdən aparıcıya cavab gecikməyib:
"Həyatınızda 3 rəngarəng bir şey deyin. Sizin psixologiyanız elə rəngarəngdir. Söhbət ondan gedir ki, monoton işin verdiyi ağırlıqdan danışırıq. Sənin üçün demirəm, ay balam. Bu da hazırdır. Boşan get başqasına ərə. Siz danışmağa ərdən başladığınız üçün bunu deyirəm".
Aparıcı sonda psixoloqlarla bağlı müzakirə yaradan fikir səsləndirib:
"Bizim psixoloqların çoxuna psixoloq lazımdır. Hamını nəzərdə tutmuram. Sabah üstümə tökülüşüb gəlməyin".
İsayev isə Ağəsəfqızına "Niyə silkələndiz belə?" deyərək cavab verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.