Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Kərim: "Mənə ilişənlər ya tutulur, ya da ..."

Kərim: "Mənə ilişənlər ya tutulur, ya da ..."

Kərim:
2023-06-12 , 15:21

Müğənni Kərim Abasov həbs olunan keçmiş həyat yoldaşı, prodüser Təranə Səmədova haqqında açıqlama verib.  

Yenilik.az xəbər verir ki, ifaçı bu barədə “Səhərin səsi” proqramında qonaq olarkən danışıb. O, Səmədovanın həbsxanaya düşməzdən əvvəl ona zəng etdiyini bildirib:
"Mənə ilişənlər ya tutulur, ya da ölüb gedir. Zəng etdi, səsini eşidib dəstəyi yerə qoydum. Yenidən zəng vurub dedi ki, bir dəqiqə gözlə, sözüm var. O danışanda bütün keçmiş gözümün qabağından keçdi. Söylədi ki, balalarım acından ölür. 
Bu sözündən sonra ona pul göndərdim. Özü ilə bağlı pul istəsəydi, etməzdim. Edir atalar, analar, çəkir balalar. Balaları nə etsin ki, anası naxələfdir. Bala istəməzdi ki, anası həbsdə olsun. Ananın bir ağılsızlığından… Allah qapısını açsın. Öz həyat tərzini düzəltsin. Pisliklərindən əl çəksin".
Qeyd edək ki, T. Səmədova bu ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.