Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Zahid Orucdan Zəngəzurla bağlı SENSASİON açıqlama: “İrəvan və Bakı barış istəyirsə...”

Zahid Orucdan Zəngəzurla bağlı SENSASİON açıqlama: “İrəvan və Bakı barış istəyirsə...”

Zahid Orucdan Zəngəzurla bağlı SENSASİON açıqlama: “İrəvan və Bakı barış istəyirsə...”
2023-06-16 , 17:54

“3 gün əvvəl, Avroparlamantdə son iki ildə 7-ci dəfə gündəliyə çıxarılan Ermənistan-Azərbaycan məsələsi avrokomissar Jozef Borrelə deputatların təzyiqindən sonra bir cümləlik antiAzərbaycan bəyanatı ilə yekunlaşıb. Bədnam Fransua Bellami və Almaniya, Niderland, Fransa, Malta, Kiprdən olan həmkarları ölkəmiz əleyhinə birləşiblər. Sessiyada ölkəmizə sanksiyaların tətbiqi, Xankəndi ermənilərinə maliyyə və hərbi yardım, beynəlxalq təhlükəsizlik missiyasının bölgəyə göndərilməsi xüsusi vurğulanıb. Göründüyü kimi, 44 günlük müharibənin qəfil baş verməsi ilə Qərb özünü məğlub sayır, bölgədən çıxarılması ilə barışmır və hər vəchlə geri dönməyə can atır”.

Musavat.com xəbər verir ki, bu fikirləri parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 16-da keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc səsləndirib.
Zahid Orucun çıxışının tam mətnini təqdim edirik:
“Avroparlamentdə Laçın yolunu gündəmə çıxaranlar 10 noyabr sənədini tanımadıqları halda 6-cı bənddən-Rusiya sülhməramlarının məntəqəni qorumadığından danışıb özlərini ifşa ediblər. Bəli, 30 il o yolu icazəsiz keçənlərin qarşısına indi sədd çəklib. Beləliklə, Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması Qərbin planlarına zərbə vurub. Jozef Borrel 51 dövlətin 100 milyard dollardan artıq yardım etdiyi Ukraynanın antiRusiya koalisiyasına Azərbaycanı da qoşmaq istəyir. Plan bəllidir:Ukrayna müharibəsini Qafqazlara qədər uzadıb Rusiya ordusunu bir neçə cəbhəyə parçalamağa çalışırlar. Bir əsr əvvəl boşevik inqilabı olmasaydı, indi Vudro Vilsonun və Almaniya-Britaniyanın qüvvələri bölgəmizdə hökmranlıq edirdi. Ssenari eynidir: NATO qüvvələrini Gümrüyə gətirsinlər.
Bu ilin martında Foq Rasmussenin əvvəlcə Cermuxa gəlib Azərbaycanın “hərbi hücumu”nu pisləməsi, ardınca Laçın sərhəd punktuna yaxınlaşıb görüntülər paylaşması, Qarabağda erməni əhalisinin “humanitar böhran”ını qabartması Ermənistana casus missiyasi göndərən NATO-nun, onun əsas yönləndiricisi Amerikanın birbaşa sifarişi idi. Ağdama, Ağdərəyə bir dəfə də olsun gəlməyən keçmiş Baş Katib indi ölkəmizə sistemli hücumlar edir və İrəvandan, o cümlədən, Xankəndindən rus hərbi birləşmələrini çıxarıb Avroatlantik Alyansın qoşunlarını yerləşdirmək istəyənlərin sözünü deyir.
Göründüyü kimi, Paşinyana Brüssel və Parisdən güclü təzyiqlər var. USAİD, UNİSEF, YUNESKO və digər humanitar təşkilatlar, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti agentura şəbəkəsinə çevrilib və onların Qarabağa gələn missiyası hərbi-kəşfiyyat planlarını həyata keçirirlər.
Dünən bütün erməni informasiya kanallarında Həkəri körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması zamanı ölkəmizin qəhrəman oğulları ilə Rusiya sülhməramlılarının birgə hərəkət etməsinə qarşı genişmiqyaslı qarayaxma kampaniyası aparılırdı. 30-cu ildönümünü yaşadığımız hazırki iyun günlərində bizi Rusiya ilə 90-cı illərdəki kimi toqquşdurmaq istəyirlər. Əliyev-Putin-Ərdoğan arasında münasibətlər Amerika və Avropa Birliyini qəzəbləndirir. Lakin plan işləmir. Dünənki Zəngilan, Laçın və digər sərhəd nöqtələrində təxribatlarla Strasburqdakı, Brüsseldəki siyasi şantaj dolu müzakirələr vahid mərkəzdən idarə olunur. Xalqımız bilir ki, Rusiya-Amerika savaşı Ermənistan-Azərbaycan arasında sülhə imkan vermir. İrəvan və Bakı barış istəyirlərsə, gedib müqaviləni Brüssel, Moskva və Vaşinqtonda deyil, Zəngəzurda imzalasınlar!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.