Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan Vəkillər Kollegiyası nüfuzlu beynəlxalq təşkilata üzv qəbul edilən ilk Cənubi Qafqaz ölkəsi oldu

Azərbaycan Vəkillər Kollegiyası nüfuzlu beynəlxalq təşkilata üzv qəbul edilən ilk Cənubi Qafqaz ölkəsi oldu

Azərbaycan Vəkillər Kollegiyası nüfuzlu beynəlxalq təşkilata üzv qəbul edilən ilk Cənubi Qafqaz ölkəsi oldu
2023-06-17 , 12:06

Azərbaycan Vəkillər Kollegiyası Amsterdam şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) Konqressində sözügedən təşkilata tamhüquqlu üzv qəbul olunub.

Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.
Sədr bildirib ki, Azərbaycan 1 milyondan çox vəkilini birləşdirən FBE təşkilatının 21-ci üzvü və Cənubi Qafqazdan təşkilata üzv qəbul olunan ilk ölkədir.
“FBE təşkilatına yalnız Avropanın tam müstəqil vəkil peşə birlikləri qəbul oluna bilərlər. Artıq Azərbaycan vəkilləri böyük Avropa vəkil ailəsinə tam inteqrasiya olunublar fikrini əminliklə bildirə bilərik. Bu, bötüvlükdə Azərbaycanımızın, ölkəmizin hüquq cəmiyyəsinin, ölkə vəkilliyinin böyük uğurudur. Bu münasibətlə ölkəmizi, hər birinizi ürəkdən təbrik edirəm” - deyə sədr əlavə edib.
57a9b878-db9a-4435-9675-400e2c6ec733.jpg (41 KB)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.