Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qida əlavələri ilə bağlı yeni qadağa  

Qida əlavələri ilə bağlı yeni qadağa
 

Qida əlavələri ilə bağlı yeni qadağa
 
2023-06-20 , 15:26

Bioloji aktiv qida əlavələri ilə əlaqədar tənzimləmələr olacaq.
"Qafqazinfo" xəbər verir ki, bu barədə qanun layihəsini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev təqdim edib.
Dəyişikliklərə əsasən, layihədə bioloji aktiv qida əlavələri ilə əlaqədar tənzimləmələr təkmilləşdirilir (adlarının yazılması, apteklərdə saxlanılması, reklamlarda verilməsi).
Şöbə müdiri qeyd edib ki, bioloji fəallığa malik qida əlavəsinin və dövlət qeydiyyatına alınmış dərman vasitəsinin adlarında ən azı 4 hərf fərqi olması tələbi müəyyən edilir, bioloji fəallığa malik qida əlavəsinin tərkibində olmayan maddənin onun adında istifadəsi qadağan olunur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.