Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Döyüldüyü deyilən icra başçısının həyat yoldaşı danışdı

Döyüldüyü deyilən icra başçısının həyat yoldaşı danışdı

Döyüldüyü deyilən icra başçısının həyat yoldaşı danışdı
2023-06-24 , 13:31

“Mən və yoldaşım haqda yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Yenislik.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Neftçala rayon icra başçısı Mirhəsən Seyidovun həyat yoldaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Nərmin Seyidova deyib.
O, adı çəkilən qurumdan könüllü şəkildə ayrıldığını bildirib:
“İyun ayının 8-də rəsmi olaraq öz istəyimlə işdən ayrılmışam. Başqa bir sahəyə gedirəm. Yeni iş yerimlə bağlı yaxın günlərdə məlumat verəcəyəm. Yayılan xəbərlər yanlışdır. Bunu insanlara kimin necə çatdırdığını bilmirəm. Yoldaşımın döyülməsi ilə yayılan xəbərlər də şayiədir. Hər şey qaydasındadır”.
Qeyd edək ki, bu gün Neftçalanın icra başçısı M.Seyidovun döyüldüyü xəbəri yayılıb. Bundan sonra onun xanımının da işdən ayrıldığı bildirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.