Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Emin Ağalarov: “Əkizlərim məktəbdə oxumağa həvəsli deyillər”

Emin Ağalarov: “Əkizlərim məktəbdə oxumağa həvəsli deyillər”

Emin Ağalarov: “Əkizlərim məktəbdə oxumağa həvəsli deyillər”
2023-06-29 , 17:49

Xalq artisti Emin Ağalarov 14 yaşlı əkiz övladları Mikayıl və Əlidən danışıb.

 
Axşam.az xəbər verir ki, sənətçi qonaq olduğu "На Рублевке - на Новой Риге - life" yutub layihəsində Mikayılın idmanla, Əlinin isə yaradıcılıqla məşğul olduğunu bildirib:
 
"Mikayıl və digər oğlum Əli - əkizdirlər. Biri digərindən bir dəqiqə böyükdür. Ona görə də, böyük və kiçik oğlum var. Mikayıl idman zalına gedir. O, ciddi şəkildə qidalanmasına fikir verir. Bu mənim çox xoşuma gəlir. Mikayılın 14 yaşı var və bunları etməsi çox əladır. Mən 14 yaşımda belə deyildim. Əli, ümumiyyətlə pəhrizə riayət etmir. Onu idmana cəlb etmək çox çətindir. Amma buna baxmayaraq o, yaradıcılığa çox meyllidir. Mahnılar yazdırır. Hər zaman bu haqda danışırıq. Ona məsləhət verirəm. O, 14 yaşlı gəncin yaradıcı ambisiyalarının arxasınca gedir. Bu, məni həqiqətən xoşbəxt edir".
 
Emin bildirib ki, əkizləri məktəbdə yaxşı oxumur:
 
"Onlara verə biləcəyim ən əsas vasitə - təhsildir. Əli və Mikayıl oxumağa o qədər də həvəsli deyillər. Təəssüf ki, mən də oxumağa həvəsli deyildim. Atam da dərslərini zəif oxuyub. Deməli bu, oxumaqla bağlı irsi disfunksiyadır. Təəssüf ki, övladlarımın kifayət qədər cib xərcliyi olur. Çünki hər iki tərəfdən onları əhatə edən babaları, nənələri və bir çox qohumlarımız var. Hamı onları bu mövzuda sevindirməyə çalışır. Bununla mübarizə aparmaq və onları bundan məhrum etmək mənim üçün çox çətindir. Burada sual onları nədənsə məhrum etməkdən getmir. Bu, pulun dəyərini və nə üçün çalışmaq lazım olduğunu başa düşmələri üçündür.
 
Birlikdə oxuduğum dostlarım arasında elələri var ki, onların qeyri-məhdud maliyyə imkanları olub. Çünki onların varlı valideynləri var. Məktəbi, universiteti bitirdikdən, təhsil aldıqdan sonra sadəcə heç nə etmək istəmirlər. Çünki istədiyiniz hər şeyi ala bilirsinizsə və özünüzü hər cür təmin edə bilirsinizsə, niyə işləmək lazımdır ki?
 
Bəlkə də valideynlərimin süni şəkildə yaratdığı qıtlıq həqiqətən də mənə təkan verib. Təbii ki, nə vaxtsa mən də övladlarımı hansısa çərçivəyə salmaq istəyirəm. Çünki onlar mütləq belə bir anlayışa sahib olmalıdırlar ki, heç bir sərvət göydən sənin üzərinə düşmür. Uğurlu olmaq istəyirsənsə, hər hansı bir sahədə çalışmalısan".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.