Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Dənizkənarı Bulvarda kaktusların soyqırımı davam edir — VİDEO

Dənizkənarı Bulvarda kaktusların soyqırımı davam edir — VİDEO

Dənizkənarı Bulvarda kaktusların soyqırımı davam edir — VİDEO
2023-07-03 , 13:31

İnsanlar Dənizkənarı Bulvarda olan dekorativ bitkilərə ziyan vururlar.


Demokrat.az 
xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, iyulun 1-də Bakı Bulvarında çəkildiyi qeyd edilən videogörüntüdə bir qadının kaktusun üzərinə yazı yazmağa çalışdığı görünür. Digər xanım ona irad bildirib və bunu sosial şəbəkədə paylaşacağını desə də, qadın və yanındakı kişi ona fikir verməyiblər. 

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinə müvafiq sorğu ünvanlanıb. 

Qeyd edək ki, bir müddət öncə də sözügedən ərazidəki dekorativ bitkilərə ziyan vurmaq məqsədilə, yarpaqlarını yandıran şəxsin görüntüləri yayılmışdı.

Həmin videogörüntüləri təqdim edirik:

https://cdn.demokrat.az/uploadedfiles/custom/2023/7/3/1/3b9eb553-99d4-423c-a046-31a8f81c5780/kak23.jpg

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.