Direktor: Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini dəstəkləyirik

“Biz Yeni Kaledoniya xalqının azadlıq mübarizəsini dəstəkləyirik. İnanırıq ki, azadlıq hərəkatını dəstəkləmək üçün bizim regional quruma ehtiyacımız var, ona görə də Melaneziya Təşəbbüs Qrupunu yaratdıq”.
“Biz Azərbaycanın QH-yə sədrliyi dövründə təşkilatın gündəliyində müstəmləkəçiliyin aradan qaldırılması ilə bağlı müzakirələrə daha çox yer almasında verdiyi dəstəyə görə təşəkkür edirik” – o deyib.
O, Yeni Kaledoniyada referendum keçirilməsi barədə qeyd edib ki, 2021-ci ildə bu referendum keçiriləndə onun təmsil etdiyi təşkilat bunun təxirə salınması barədə müraciət etsə də, bu nəzərə alınmayıb: “Bu referendumun keçirilməsi birtərəfli addım idi, beynəlxalq hüququn pozulması idi və onun güc yolu ilə keçirilməsi nəticələri qeyri-legitim edir”.
OXŞAR XƏBƏRLƏR