Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məmməd Musayevin “Aqrarkredit”i ilə “Ağstafa Aqrar Sənaye Kompleksi” arasında borc QALMAQALI

Məmməd Musayevin “Aqrarkredit”i ilə “Ağstafa Aqrar Sənaye Kompleksi” arasında borc QALMAQALI

Məmməd Musayevin “Aqrarkredit”i ilə “Ağstafa Aqrar Sənaye Kompleksi” arasında borc QALMAQALI
2023-07-07 , 20:08

“Ağstafa Aqrar Sənaye Kompleksi” MMC məhkəməlik olub. 32gun.az-ın məlumatına görə, adıçəkilən MMC “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən məhkəməyə verilib.

 
Gəncə Kommersiya Məhkəməsində hakim Gülnaz Quliyevanın icraatına verilən məhkəmə işinin mahiyyəti Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir.
 
Bildirək ki, nizamnamə kapitalı 1 milyon 617 min 600 AZN olan “Ağstafa Aqrar Sənaye Kompleksi” MMC-nin qanuni təmsilçisi sahibkar Anar Orucovdur. Anar Orucov Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas Rəsul Orucovun oğludur.
 
Mətbuatda gedən məlumatlarda R.Orucovun  vergiləri ödəməkdən yayındığı üçün həbs olunduğu, sonradan ev dustaqlığına buraxıldığı bildirilib.
 
Aqrarkredit”in bazar payı 25 faiz təşkil edir” | marja.azNizamanmə kapitalı 45338981.74 AZN olan "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının rəhbəri iş adamı Məmməd Musayevdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.