Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda bu adlar qadağan olunub

Azərbaycanda bu adlar qadağan olunub

Azərbaycanda bu adlar qadağan olunub
2023-07-08 , 17:14

Azərbaycanda Mamed və Məmməd adlarının vahid forması kimi Məhəmməd adı müəyyən olunub”.

Yenilik.az-ın məlumatına görə, bunu APA-ya açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
 
O bildirib ki, bununla bağlı bu günlərdə qərar qəbul olunub.
 
Sədr müavini qeyd edib ki, qərarla bağlı "ASAN Xidmət” mərkəzlərinə məlumat verilib: "Təsəvvür edin ki, bir ailədə həm Mamed, həm Məmməd, həm də Məhəmməd adında uşaqlar var. Əslində Mamed və Məmməd adlarının kökü elə Məhəmməddir. "ASAN xidmət” mərkəzlərindən də bizə tez-tez müraciət edirdilər ki, Mamed adının düzgün yazılış qaydasını bilmirik. Artıq bununla bağlı qərar qəbul olunub və vahid ad kimi Məhəmməd seçilib”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.