Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nazir Emin Əmrullayevin “kopya”sı olan şəxsin kimliyi bilindi

Nazir Emin Əmrullayevin “kopya”sı olan şəxsin kimliyi bilindi

Nazir Emin Əmrullayevin “kopya”sı olan şəxsin kimliyi bilindi
2023-07-12 , 16:42

Təhsil naziri Emin Əmrullayevlə jurnalist Ruslan Zeynallının fotosu sosial şəbəkədə gündəm olub.


Savash.org xəbər verir ki, nazirlə jurnalistin bir-birinə bənzəməsi maraqla qarşılanıb.

Bir çox sosial şəbəkə səhifələrində paylaşılan fotoya “alma-almaya bənzər”, “elə bildim montajdir”, “bu qədər də bənzərlik olmaz kimi…” şərhlər yazılıb.


Qeyd edək ki, R. Zeynallı uzun illər “ASAN Radio”da və bir sıra televiziya kanallarında aparıcı-redaktor vəzifələrində çalışıb.

Hazırda o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.

Eyni zamanda, Real TV-də Nazirliyin layihəsi olan “Fermerin real dostu” verilişinin aparıcısıdır.

R. Zeynallı bəstəkar və müğənni Sevinc Ağasıyeva ilə ailəlidir. (bakupost.az)



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.