Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xoşqədəm şikayətçi qadına: “Uşağın atası başqa kişi olsa...” - Şok video

Xoşqədəm şikayətçi qadına: “Uşağın atası başqa kişi olsa...” - Şok video

Xoşqədəm şikayətçi qadına: “Uşağın atası başqa kişi olsa...” - Şok video
2023-07-12 , 17:05

Teleaparıcı Xoşqədəm Hidayətqızı şikayət üçün "Səni  axtarıram" verilişinə gələn kişini efirdən qovub. 

Yenisabah.az xəbər verir ki, buna səbəb Abutalıb adlı şəxsin uşağın ona aid olmamasını deməsi və DNT testi tələb etməsi olub. 
Belə ki, Abutalıb həyat yoldaşının illər əvvəl qaçdığını, uşağın ona aid olmadığını iddia edib. Daha sonra o, DNT testi zamanı uşağın ona aid olduğu dəqiqləşərsə, övladını aparacağını bildirib. 
Bu sözlər teleaparıcını qəzəbləndirib.
"Tərk elə studiyanı, çıx buradan! O qız sənin namusundur. Şərəfindir! Bu qədər talelər göstərirəm. Bu qədər həyat hekayələrini sizinlə birlikdə vərəqləyirəm. İnsanlar bundan nəticə çıxarmırlar. Bu insan görmür ki, 90 yaşlı qadın gəlib burda 76 ilin əvvəlin hekayəsini araşdırır. Bu insanlar dərk etmir ki, ayrılanda kişi ilə qadın bir-birindən ayrılır. Ata ilə uşaq, ana ilə uşaq ayrılmır. 
Bu insan dərk etmir ki, həmin qız sənin namus və şərəfindir. O qızın ata qrafası boş olanda sabah dostu, tanışı içində utanacaq, sən ona travma yaşadırsan" -, deyə Xoşqədəm Hidayətqızı bildirib.
Daha sonra o, anaya üzünü tutaraq DNT testi nəticəsində uşağın atasının Abutalıb çıxmayacağı təqdirdə qadını məhkəməyə verəcəyini deyib:
"İlahə, bunu da sənə deyirəm, mən o kişini bu studiyadan çıxardım. Əgər Abutalıbın dediyi doğru olarsa, o uşaq ona aid olmazsa, mən Abutalın əvəzinə səni məhkəməyə verib, sonuna qədər Abutalıbın yanında dayanacağam!" 

Həmin görüntüləri təqdim edirik: 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.