Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Söyüdlüdəki şirkətin fəaliyyəti müvəqqəti dayandırıldı - Muxtar Babayev brifinqdə daha nələr dedi?

Söyüdlüdəki şirkətin fəaliyyəti müvəqqəti dayandırıldı - Muxtar Babayev brifinqdə daha nələr dedi?

Söyüdlüdəki şirkətin fəaliyyəti müvəqqəti dayandırıldı - Muxtar Babayev brifinqdə daha nələr dedi?
2023-07-12 , 17:19

“Əgər Söyüdlüdə istismarçı şirkət tərəfindən lazımi işlər görülməsə, pay bölgüsü ilə bağlı daha sərt addımların atılmasına başlanacaq”.

 
Yenilik.az xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün keçirdiyi brifinqdə bildirib. 
 
Nazir qeyd edib ki, Komissiya üzvlərinin bu və digər məsələlərlə bağlı tədbirləri Baş nazirlə müzakirə olunub. Sabah isə Komissiyanın iclası olacaq. Bu sahədə görülən işlər barədə daha detallı məlumatlar açıqlanacaq.
 
M. Babayevin sözlərinə görə, Gədəbəyin Söyüdlü kəndində süni anbar 2011-ci ildə tikilib. Gölün dayanıqlığı ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.
 
Nazir bildirib ki, mövcud tullantı anbarının istismarı 3 aydan çox olmadığı, həmçinin ikinci anbarın tikintisinə razılıq verilmədiyi nəzərə alınaraq, istismarçı şirkətlə görüşdə də bu məsələlər səsləndirilib: “Şirkətə istismarın müvəqqəti dayandırılması təklif olunub. Bu barədə razılıq əldə olunub və bununla bağlı Nazirlər Kabinetinə təklif veriləcək”.(qafqazinfo)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.