Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Madər Musayevin ölüm səbəbi MƏLUM OLDU

Madər Musayevin ölüm səbəbi MƏLUM OLDU

Madər Musayevin ölüm səbəbi MƏLUM OLDU
2023-07-14 , 14:41

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin deputatı Madər Musayev dünyasını dəyişib. 

 
Manset.az-a yaxınlarının verdiyi məlumata görə, millət vəkili ani ürəktutmasından dünyasını dəyişib. 
Mərhumla vida mərasimi Binəqədi qəsəbəsində yerləşən öz ata evində olacaq.
Mərhum bu gün axşam saatlarında Binəqədi kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, bir müddət əvvəl deputat Madər Musayevin ayağı sınmışdı və o, paytaxtdakı hospitalların birində müalicə alırdı. Depuatatın ayağındakı problemlə yanaşı başqa xəstələrikləri də var idi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.