Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Uzunluğu altı metrə çatan pitonun ələ keçmə anları - VİDEO

Uzunluğu altı metrə çatan pitonun ələ keçmə anları - VİDEO

Uzunluğu altı metrə çatan pitonun ələ keçmə anları - VİDEO
2023-07-14 , 16:12

Uzunluğu altı metrə yaxın olan nəhəng piton çaydan çıxarılaraq, torbaya salınır. Bu qorxulu olduğu qədər maraqlı kadrlar ABŞ-nin Florida ştatında çəkilib.

Məlumata görə, nəhəng Birma pitonu uzun müddət yerli sakinlər arasında qorxu yaradıb. Ancaq onu tapmaq mümkün olmayıb.
Nəhayət, pitonu yol kənarında görən Florida sakini yerli hökumət nümayəndələrinə xəbər verib. Hadisə yerinə dərhal ilan ovçuları göndərilib.
Rəsmilərin sözlərinə görə, pitonun uzunluğu beş metr 79 santimetr olub.
İlanın ovlanması anları kameralarla qeydə alınıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.