Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Mənim bir köşküm də yoxdur" - Əhəd Abıyev

“Mənim bir köşküm də yoxdur" - Əhəd Abıyev

“Mənim bir köşküm də yoxdur
2023-07-19 , 14:11

Xəbər verdiyimiz kimi, iyulun 17-si Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ə.Abıyevin işdən çıxarılmasından bir neçə saat sonra sosial mediada ona məxsus olduğu iddia edilən çoxsaylı əmlakları barədə məlumatlar yayılıb və ünvanlar qeyd edilməklə siyahı təqdim edilib.

Yenilik.az-ın məlumatına görə, Əhəd Abıyev isə gununsesi.info-ya müsahibəsində çoxsaylı əmlaklarının mövcud olması ilə bağlı məlumatları inkar edib. O, ümumiyyətlə hər hansı obyektinin olmadığını deyib:
“O siyahıda olan heç bir əmlakın mənə aidiyyəti yoxdur. Mənim bir köşküm də yoxdur. Mən 13 il Daşkəsəndə işlədim, orada bir dənə obyektim olmadı. Bunlar hamısı iftiradır”.
Qeyd edək ki, yayılan siyahıda dəyəri milyonlarla ölçülən Bakıda və Masallı rayonunda onlarla ev, obyekt, qeyri-yaşayış sahəsi qeyd edilmişdi.
Xatırladaq ki, Əhəd Abıyev 2011-2023-cü illərdə Daşkəsən RİH başçısı vəzifəsini icra edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.