Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Naxçıvanda polis uşağı batmaqdan xilas etdi, özü boğuldu - Foto  

Naxçıvanda polis uşağı batmaqdan xilas etdi, özü boğuldu - Foto
 

Naxçıvanda polis uşağı batmaqdan xilas etdi, özü boğuldu - Foto
 
2023-07-22 , 08:03

Naxçıvanda Uzunoba gölündə iki nəfər boğulub.

“Qafqazinfo” xəbər verir ki, batan şəxslər 1984-cü il təvəllüdlü Aslanlı Səadət Salman qızı, 1982-ci il təvəllüdlü Quliyev Vüsal Əbülfəz oğludur.
Onların meyiti FHN xilasediciləri tərəfindən çıxarılıb. 2010-cu il təvəllüdlü Mehdiyev Murad Mahir oğlu xilas olunaraq xəstəxanaya yerləşdirilib.
***
Naxçıvan MR Babək rayonu Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib. 
“Qafqazinfo”nun məlumatına görə, bu gün xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vusal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. 
Daha sonra uşağın anası—1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüblər. 
Məlumatı Naxçıvan MR DİN-in mətbuat xidmətindən təsdiqləyiblər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.