Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda avtomobil gedərkən qapını açıb ayağını çölə çıxardı - VİDEO

Bakıda avtomobil gedərkən qapını açıb ayağını çölə çıxardı - VİDEO

Bakıda avtomobil gedərkən qapını açıb ayağını çölə çıxardı - VİDEO
2023-07-25 , 15:06

Ötən gecə Bakıda avtomobilin sürücüsü qaydaları kobud şəkildə pozub.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə gecə saat 03:00 radələrində, şəhərin Rəşid Behbudov küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb. Belə ki, "10-JJ-277" nömrə nişanlı avtomobilin sürücüsü maşını qapısı açıq şəkildə idarə edib. Bu zaman avtomobildə əyləşmiş digər bir şəxs də qapıdan ayaqlarını çölə çıxarıb. Oların bu hərəkəti həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atıb. 
Hadisə ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.
Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, məsələ nəzarətə götürüldü. Bu barədə araşdırma aparılıb ətraflı məlumat veriləcək. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.