Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda Putinə göndərilən xüsusi qarpız: Kilosu 3 manata... — FOTO

Bakıda Putinə göndərilən xüsusi qarpız: Kilosu 3 manata... — FOTO

Bakıda Putinə göndərilən xüsusi qarpız: Kilosu 3 manata... — FOTO
2023-08-04 , 17:18

Bakıda "Yaşıl bazar"da mövsüm meyvələri və qarpız fantastik qiymətə satılır. Belə ki, qarpızın kilosu 2-3 manata, yemişin kilosu 3-4 manata, qarğıdalının ədədi isə 2 manata satılır.

Bakupost.az-ın əməkdaşı dünən bazara baş çəkərək, burada meyvə-tərəvəzin marketlərdən qat-qat baha qiyməyə satılmasının səbəbi ilə maraqlanıb.

Satıcılar kilosu 3 manata olan qarpızın "dədə-baba sortu"ndan olduğunu, onu yalnız imkanlı şəxslərin aldığını, hətta Rusiya prezidenti Putinə də məhz bu qarpızdan göndərildiyini bildirib.

Digər meyvələrin də marketdə satılanlardan olmadığı deyilib.

Qeyd edək ki, marketlərdə qarpızın kiloqramı 25-30 qəpikdir.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.